Bu gün (cümə axşamı günü) səhər saatlarında İordan çayının qərb sahillərinin şimalındakı Nablusun qərbində yerləşən Zəvata kəndinə hücum zamanı işğalçı rejimin ordusu ilə silahlı qarşıdurmadan sonra fələstinli bir gənc aldığı yaralar nəticəsində şəhid olub.
Bu bölgənin yerli mənbələrinin bildirdiyinə görə, Əl-Eyn Fələstin qaçqın düşərgəsindən olan Əmir Əhməd Xəlifə Zəvata bölgəsində silahlı toqquşma zamanı güllələnərək şəhid olub.
Bu mənbələr əlavə olaraq deyiblər: İşğalçı qüvvələr Zəvata kəndinin ətrafına hücum ediblər. Kəndin əsas girişində bir sıra əsgər və snayperçi olub.
Nablus məscidləri Əhməd Xəlifənin şəhadət xəbərini elan ediblər.
“Əmir”-in şəhadəti ilə bu ilin əvvəlindən indiyə kimi İordan çayının qərb sahilləri, Beytul Müqəddəs, Qəzzə zolağı və işğal olunmuş Fələstin torpaqlarından şəhid olan fələstinlilərin sayı 224 nəfərə çatıb.