Sionist köçkünləri İsrail hərbiçilərinin himayəsi altında cümə günü axşam, Ramullahın şərqində yerləşən Bərqa şəhərciyinə hücum ediblər.
Fələstinli mənbələr fələstinli gənclərlə sionist köçkünləri və İsrail hərbiçiləri arasında baş verən toqquşma haqda məlumat veriblər. İsraillilər fələstinlilərə qarşı döyüş güllələrindən istifadə ediblər. Həmçinin köçkünlər fələstinlilərə aid iki maşını yandırıblar.
Fələstin Səhiyyə Nazirliyi 19 yaşlı “Qusəyy Camal Mutan” adlı fələstinli gəncin döyüş gülləsi ilə şəhid edildiyini xəbər verib.