İşğalçı İsrail hərbiçilərinin İordan çayının qərb sahillərində yerləşən Qəlqəliyyə şəhərinə hücumları zamanı fələstinli bir uşaq şəhid olub.
Fələstin Səhiyyə Nazirliyi verdiyi bəyanatda bildirib ki, 14 yaşlı fələstinli uşaq “Faris Şərhbil Əbu Səmrə” işğalçı sionistlərin Qəlqəliyyədə yerləşən Ən-Niqar məhəlləsinə hücumları zamanı baş nahiyəsindən güllə yarası alaraq şəhadətə çatıb.
Bu fələstinli uşaq Qəlqəliyyədəki Dərviş Nəzal xəstəxanasına yerləşdirilmişdi, amma sonda aldığı ağır yaralar nəticəsində şəhid oldu.