İşğalçı İsrail hərbiçiləri Nablusun şimal-qərbindəki “Səbəstiyə” şəhərciyinə hücum zamanı fələstinli bir gənci atəş açaraq şəhid ediblər.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, 18 yaşı fələstinli Fovzi Hani Fovzi Müxalifə sionistlərin açdığı atəş nəticəsində şəhid olub.
Eyni zamanda yerli mənbələr bildiriblər ki, işğalçı hərbiçilər açıq-aşkar törətdikləri cinayətdə Nablusun şimal-qərbindəki “Səbəstiyə” şəhərciyində bir maşını atəşə tutublar və nəticədə fələstinli bir gənc şəhid olub.
Verilən məlumata görə, fələstinli bu gəncin maşını sionist hərbiçiləri tərəfindən atəşə tutulduqdan sonra sionist hərbiçiləri maşındakı digər sərnişini həbs ediblər.
Bu mənbələr bildiriblər ki, maşına tərəf 40-dan çox güllə atılıb.