Dünən günorta fələstinli bir gənc Ramullahın şimal-qərbində yerləşən Ummu Səfa məntəqəsində işğalçı İsrail hərbiçilərinin açdıqları atəş nəticəsində şəhid edilib.
Fələstin Səhiyyə Nazirliyi Ummu Səfa məntəqəsində İsrail hərbiçilərinin açdıqları atəş nəticəsində baş nahiyəsindən hədəf alınan fələstinli bir gəncin şəhadət xəbərini verib.
Bundan öncə, fələstinli mənbələr Ramullahın şimal-qərbində yerləşən Ummu Səfa məntəqəsində qarşıdurma yarandığı və israilli hərbiçilərin açdıqları atəş nəticəsində iki nəfər fələstinlinin yaralanması haqda məlumat veriblər. Bu iki fələstinlinin vəziyyətinin ağır olduğu bildirilib. Fələstin Səhiyyə Nazirliyi də vurğulayıb ki, baş və qarın nahiyəsindən güllə yarası almış bu iki fələstinli Ummu Səfadakı xəstəxanaya yerləşdirilib.