Xəbər mənbələri şənbə günü səhər saatlarında, sionist hərbiçilərinin İordan çayının qərb sahillərinin şimalındakı məntəqlərə hücum etdikləri barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist hərbiçiləri Nablusun şərqində yerləşən “Əskər” düşərgəsinə hücum ediblər. Bu məlumata əsasən, “Əskər” düşərgəsi və ətraf ərazilərdə Fələstin müqavimət qüvvələri sionist hərbiçiləri ilə toqquşublar.
Sionist hərbiçiləri həmçinin Nablusun şərqində yerləşən Kəfər əl-Ləbəd məntəqəsinə hücum edərək fələstinli gənclərlə toqquşublar.
Məlumatlara əsasən, Tülkərmdə yerləşən “Nuru şəms” düşərgəsinin girişində işğalçı qüvvələrlə Fələstin müqavimət qüvvələri arasında toqquşmalar baş verib və müqavimət qüvvələri sionistlərin hücumları qarşısında dayanıblar.
İşğal olunmuş ərazilərin, xüsusən də İordan çayının qərb sahillərinin bu günki şəraiti çox xüsusidir. Fələstinli döyüşçülər sionistlərin saysız cinayətlərinə hər bir vasitə ilə cavab verirlər. Bu da qəsbkar sionistlər üçün xüsusi şərait yaradır.