Qəsbkar sionistlər Məscidul-Əqsaya qarşı öz təcavüzlərinin davamında dünən səhər yenidən bu müqəddəs məkana hücum ediblər.
Fələstin xəbər mənbələrinin məlumatına görə, çox sayda sionist və radikal köçkün təxribatçı və təkrarlanan hərəkətlərinin davamında sionist rejiminin ordusu və təhlükəsizlik qüvvələrinin dəstəyi ilə dünən səhər Məscidul-Əqsaya hücum ediblər.
Radikal sionistlər hər dəfə Məscidul-Əqsaya hücum etməklə, “Təlmud” ayini yerinə yetirirlər ki, fələstinliləri qəzəbləndirib təxribata çəkmək istəyirlər.
Sionist köçkünlər vaxtaşırı Tel-Əvivin radikal orqanlarının başçılığı və təxribatıyla Məscidul-Əqsaya hücum edirlər və bu müqəddəs məkanın vəziyyətini dəyişməyə çalışırlar.
Sionistlər hər yolla olursa olsun öz pis planlarını icra etmək məqsədiylə Məscidul-Əqsanın məkan və zaman bölgüsünün ardıncadırlar.
Fələstin müqavimət qrupları da bu cinayətlərə öz cavablarını verirlər. fələstinli döyüşçülər Məscidul-Əqsanın onların qırmız xətti olduğunu bildirir və ona qarşı hər hansı hücuma ağır cavab verəcəklərini bildirirlər.