Sionist rejiminin işğalçı qüvvələri bu gün (bazar ertəsi) Yeriho şəhərində yerləşən iki qaçqın düşərgəsindəki fələstinlilərin mənzillərinə hücum etməklə, iki nəfər fələstinli gənci həbs edib və iki nəfəri yaralayıblar.
Xarici KİV-in Yerihodakı yerli mənbələrə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında sionist rejiminin işğalçı qüvvələri Yeriho şəhərindəki “Əqəbəyi Cəbr” və “Eynus-sultan” adlı iki qaçqın düşərgəsinə hücum ediblər.
Bu hesabata əsasən, işğalçı hərbiçilər “Əqəbəyi Cəbr” düşərgəsinə hücum etməklə, düşərgənin mərkəzində yerləşən “Ali Vəhdan” məhəlləsinə həmlə etdikdən sonra “Muhəmməd Zuheyr Vəhdan”-ı öz mənzilində həbs ediblər.
Yerli mənbələr bildiriblər ki, düşərgədəki qarşıdurma zamanı işğalçılar vətəndaşlara tərəf döyüş güllələri və səs bombaları ataraq bir fələstinli gənci yaralayıblar.
Sionist rejimi hərbiçiləri, həmçinin Yerihodakı “Eynus-sultan” düşərgəsinə hücum etməklə, “Ovdə Əbu Cövhər”-i evində həbs ediblər.