Dünən gecə (şənbə günü) sionist rejiminin Nazirlər Kabinetinin nəzərdə tutduğu məhkəmə islahatlarına qarşı etirazlarda on minlərlə israilli Tel-Əvivdə və digər şəhərlərdə nümayişlər keçiriblər.
Sionist rejiminin rəsmi yayım şurası bildirib ki, Tel-Əvivin Kaplan küçəsindəki nümayişlərdə təxminən 100 min sionist iştirak edib.
Həmçinin onların sözlərinə görə, on minlərlə digər insan işğal olunmuş Fələstinin şimal, cənub və mərkəzindəki digər bölgələrdə nümayişlər keçirib.
İbrani dilli saytlardan biri, bildirib ki, təxminən 190 min nümayişçi Tel-Əvivin Kaplan küçəsində və 200 min insan digər şəhərlərdə Netanyahu kabinetinin məhkəmə islahatları layihəsinə qarşı keçirilən nümayişlərdə iştirak ediblər.
Bu nümayişlər bu rejimin knessetinin, kabinetin qərarları qarşısında məhkəmə orqanının səlahiyyətlərinin azaldılması ilə bağlı olan bu layihənin əsas bəndi ilə ilkin razılaşması bəyan edildikdən sonra başlayıb.
Bu layihəyə əsasən, məhkəmə orqanının təyinatlarında kabinetin daha çox rolu olacaq. Bu layihənin icrasının vacibliyi Knessetin son qəbula bağlıdır.
Rejim daxilindəki həftəlik nümayişlər rejimin məhkəmə sistemindəki islahatlar layihəsinin açıqlanmasından sonra, Yanvar ayında başlayıb və hələ də davam edir. Amma etirazların texnologiya və ehtiyatdakı hərbiçilər bölməsinə çatmasına baxmayaraq, rejimin hakim qrupunun qərarlarının qarşısının alınmasında təsirli olacağı ehtimalı azdır.
Bunun müqabilində isə Netanyahu kabineti (Likud partiyası və sağçı, radikal məzhəbçilərdən təşkil olunub) məhkəmə sistemi və Parlament arasında güc bölgüsünün balansının qaytarılması üçün bu islahatların qaçılmaz olduğunu iddia edir.