Sionist rejiminin hərbiçiləri işğal olunmuş Qüdsdə bir fələstinli qadını hədəfə alıblar və onun sionistlərə qarşı bıcaqla hücum etmək niyyətində olduğunu iddia ediblər.
Fələstinli mənbələr tərəfindən dərc olunan görüntülər və hesabata əsasən, sionist hərbiçiləri həftənin bazar günü işğal olunmuş Qüdsdə yerləşən Şeyx Cərrah məhəlləsinin yaxınlığında bir qadına atəş açaraq onu ayağından yaralayıblar. Daha sonra onu həbs edərək naməlum istiqamətə aparıblar.
Eyni zamanda sionist rejiminin TV kanallarından biri, onun bıçaqla israilli hərbiçilərə hücum etmək niyyətində olduğunu bildirib. Bununla bağlı ibri dilində yayımlanan kanallardan biri, bildirib ki, israilli hərbiçilər fələstinli bir qadına atəş açıblar və iddia ediblər ki, o, işğal olunmuş Qüdsdə yerləşən “Hayim Barlif” küçəsində bıçaqla sionistlərə qarşı hücum etmək istəyib.