Sionist qüvvələrinin ordu qüvvələri dünən fələstinli bir gənci işğal olunmuş İordan çayının qərb sahillərində yerləşən Ramullah şəhərinin qərbindəki Deyr Nizam şossesində şəhid ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin nazirliklərindən biri, fələstinli bir gəncin şəhid olmasını təsdiqləməklə bildirib ki, Bilal İbrahim Həsəni Qədh (33 yaşlı) Ramullah şəhərinin qərbində yerləşən Deyr Nizam kəndi yaxınlığında öldürülüb.
İbri TV kanallarından biri bildirib ki, rejimin ordusunun bir hərbiçisi Ramullahın Deyr Nizam kəndi yaxınlığında pusqu qurduqdan sonra fələstinli bir gəncə atəş açıb və onun burada partlayıcı bomba quraşdırmasını iddia edib.