Sionist köçkünlər ötən həftənin çərşənbə günü, İordan çayının qərb sahillərindəkı Ramullah yaxınlığında yerləşən Tərmsəya kəndinə hücum edib, qəddar atdım ataraq fələstinlilərə məxsus onlarla maşını və evi yandırıblar.
Xarici KİV-in veridiyi məlumata görə, sionist köçkünlər ötən həftənin çərşənbə günü, İordan çayının qərb sahillərində yerləşən Ramullahın şimalındakı Tərmsəya kəndinin sakinlərinə qəddarcasına hücum ediblər.

Sionistlər bu bölgəyə hücum etdikdən sonra fələstinlilərə aid onlarla ev və maşını yandırıblar. Şahidlər Tərmsəya kəndindəki hadisələri həqiqi və anti-bəşər cinayət kimi dəyərləndiriblər.
Tərmsəya kənd sovetinin rəhbəri deyib ki, köçkünlər bu kəndə qarşı hücum zamanı fələstinlilərə aid təxminən 60 ədəd maşını və 30 evi yandırıblar.

O, əlavə edərək deyib ki, Tərmsəya kəndinin qonşuluğundakı Şilu qəsəbəsi sakinlərindən olan təxminən 400 nəfər sionist bu hücumda iştirak edib.
Tibb mənbələri bildiriblər ki, Tərmsəyadakı toqquşmalarda sionist köçkünlərinin açdıqları atəş nəticəsində 8 fələstinli yaralanıb.
Eyni zamanda ibrani dilindəki mənbələr Ramullahın şimalında yerləşən Şilu qəsəbəsinin kəsişməsində silahlı iki fələstinli gəncə tərəf atəş açmaları barədə xəbər veriblər. Bu mənbələr əlavə olaraq deyiblər ki, bu iki gənc ağır şəkildə yaralanıb və vəziyyətləri ağırdır.
Verilən məlumata əsasən, bu atışmada Tərmsəya kənd sakini “Ömər Qətin” adlı 27 yaşlı fələstinli gənc şəhid olub.