İordan çayının qərb sahillərinin cənubunda yerləşən Beyti Ləhmdə fələstinli bir gənc sionist hərbiçiləri tərəfindən şəhid edilib.
Bu fələstinlinin şəhadəti ilə sionistlərin bazar ertəsi günü həyata keçirdikləri hücumda şəhid olanların sayı 6 nəfərə yüksəlib.
“Zəkəriyya Əz-Zəvəl” adlı fələstinli gənc baş nahiyəsindən yaralanıb və xəstəxanaya aparıldıqdan sonra şəhid olub.
Sionist hərbiçilərinin bazar ertəsi günü İordan çayının qərb sahillərində yerləşən Cenin şəhərinə hücumu zamanı 5 fələstinli şəhid olmuş və təxminən 100 nəfər yaralanmışdı.