İndiyə qədər 40-dan çox şahid, o cümlədən Netanyahunun əvvəlki ən yaxın sirdaşlarından bəzisi məhkəmədə ona qarşı ifadə verib.
Xarici KİV-in verdiyi məlumata əsasən, Müxalifət lideri həftənin bazar ertəsi günü işğal olunmuş Fələstində keçirilən korrupsiya mühakiməsində baş nazir Benyamin Netanyahu əleyhinə ifadə verib.
Keçmiş baş nazir və Netanyahunun əsas rəqibi Layir Lapid Netahyahu əleyhinə açılmış 3 işdən birində ona qarşı ifadə verib. İttiham aktında deyilir ki, Netanyahu Hollivud fəalı olan Arnan Milşanın maraqlarını inkişaf etdirmək üçün öz güc mövqeyindən hədiyyə mübadiləsi şəklində istifadə edib. Bu, baş nazirin ümumi vəzifələri və şəxsi dostluğu arasındakı ziddiyyətin göstəricisidir.
İttiham aktına əsasən, Netanyahu Milşanla bağlı işlərin yerinə yetirilməsi üçün şəxsən özü işə qoşulub. O cümlədən o, ABŞ rəsmilərindən Milşanın Amerika Birləşmiş Ştatlarındakı oturma icazəsinin uzadılmasını və israilli səyahətçiləri xarici gəlirlərini bildirməkdən azad etmək üçün sionist rejiminin nizamnaməsinin də daha uzun zamanda yerinə yetirilməsini istəyib.
Sionist rejiminin ən uzunömürlü baş naziri olan Netanyahu qanun pozuntusu ilə bağlı iddiaları rədd edir və Milşanın şəxsi maraqları çərçivəsində iş görmədiyini, hətta bəzən ona qarşı addım atdığını deyir. O, hədiyyə mübadiləsini yalnız dostluq hərəkətləri olduğunu bildirib.
Bu ayın sonlarında Milşanın, yaşadığı Londondan video görüntüylə bu iş üzrə ifadə verməsi gözlənilir.
40-dan çox ittiham tərəfi şahidi, o cümlədən baş nazirə qarşı işə qoşulmuş Netanyahunun əvvəlki ən yaxın sirdaşlarından bəzisi, 2020-ci ilin May ayında başlamış bu mühakimədə iştirak edib. Şahidlərin ifadələri təkcə onun üç qanun pozuntusunu işıqlandırmayıb, həm də Netanyahunun şəxsiyyəti və ailəsinin çoxsaylı vergi ödəyicilərindən və varlı himayədarlarından istifadə etməkdəki şöhrəti barəsində həssas detalları açıqlayıb.
Netanyahu güclü media fəallarının və varlı həmkarların iştirakı ilə ayr-ayrılıqda üç iş üzrə fırıldaqçılıq, etibarın pozulması və rüşvət alma maddələri üzrə ittiham olunur.
Tənqidçilər deyirlər ki, Netanyahu mühakimə olunmasından qaçış yolu tapmaq üçün məhkəmələrin zəiflədilməsi və məhkəmə sisteminin dəyişdirilməsi istiqamətində hərəkət edir.