İsrail hərbiçilərinin Nablusun şərqindəki Bəlate düşərgəsinə hücumu nəticəsində, 8 fələstinli yaralanıb və 19 yaşlı bir gənc isə şəhid olub.
Faris Həşşaş israilli hərbiçilərin Bəlate düşərgəsində açdıqlarıatəş nəticəsində şəhid olub. O, sinə və qarın nahiyəsindən güllə yarası alıb.

Sionist hərbiçilərinin Bəlate düşərgəsinə olan bu günki hücumu fələstinli döyüşçü İsam Səllacı həbs etmək məqsədi daşıyıb. Onlar Səllacın evini mühasirəyə alıblar. Daha sonra evi minaatanla hədəfə alıb, sonda oranı partladıblar. Amma İsam Səllacı həbs etməyə müvəffəq olmayıblar və çarəsiz qalaraq Bəlatedən geri çəkiliblər.