İşğal olunmuş Qüdsün şimal-şərqində yerləşən Həzmə qəsəbəsi işğalçı rejimin ağır mühasirəsi altındadır və bu rejim onun ərazisinin geniş bölgəsini müsadirə edib.
Xəbər mənbələri bildiriblər ki, işğalçılar Həzmə qəsəbəsinin camaatının kollektiv cəzalandırılması ünvanında onların müqaviməti dəstəkləməsinə və köçkünlərə qarşı qarşılıqlı mübarizə əməliyyatları keçirdiklərinə görə, yüzlərlə zeytun ağacını kökündən çıxarıblar.
Fələstin vətəndaşlarından biri deyib: Sionist rejimi müqavimətçi, dözümlü fələstinlilərin bu şəhərdə kökünü kəsmək və sionistləri məskunlaşdırmaq fikrindədir.
Həzmə qəsəbəsi bugün sionistlər üçün hərbi bazaya çevrilib. Hər yerdə hərbi və nəzarət məntəqələri yaradılıb. İsrail patrulları həmişə burada gəzirlər. Fələstinlilərin evləri sionistlər tərəfindən dağıdılır.
Başqa bir vətəndaş isə deyib: İşğalçı rejim Həzmə qəsəbəsi ətrafında irqçi ayırıcı divardan əlavə onlarla ağacı yerindən qoparıb. Bütün bu hərəkətlər Həzmə camaatını cəzalandırmaq üçündür. Çünki, onlar müqaviməti dəstəkləyirlər.
Əslində sionistlərin cinayətlərinə təbii reaksiya olaraq İordan çayının qərb sahillərində müavimət əməliyyatlarının artmasıyla, işğalçı rejimi sionist köçkünlərinin təhlükəsizliyini təmin etmək üçün göstərdiyi səylərdə Fələstin şəhərlərini hərbi bazalara çevirib.