Dünən fələstinli bir gənc Əl-Xəlilin cənubunda soyuq silahla hücum etmə qəsdinin olması bəhanəsi ilə sionist köçkününün açdığı atəş nəticəsində şəhid olub.
Düşmən sionist mediyaları Əl-Xəlilin cənubunda “Tana U Məryəm” şəhərciyində bıçaqla hücum etmək üçün plan qurması ittihamı ilə silahlı köçkünün fələstinli bir gəncə atəş açması nəticəsində onu şəhid olması xəbərini veriblər.
Qeyd etmək lazımdır ki, şəhərcikdə həyəcan təbili çalınıb. İşğalçı rejim məmurları “Tana U Məryəm” şəhərciyindəki köçkünlərdən qapı-pəncərələrini bağlamağı və növbəti xəbərdarlığa kimi evlərdən çıxmamağı tapşırıb, şəhərdə hərəkəti qadağan ediblər.
Fələstin səhiyyə Nazirliyi də bildirib ki, bu fələstinli gəncin adı “Əla Xəlil Qeysiyyə”-dir, 28 yaşı var və Əl-Xəlilin cənubundakı Əz-Zahiriyyə məntəqəsindəndir.
