Bir sionist mediyası, işğal olunmuş torpaqlarda aramsızlığın və sionistlərin etirazlarının davam etməsi, layihələrə görə sionist rejiminin hakim koalisiyası ilə müxalifət koalisiyası arasındakı müzakirələrin dalana dirənməsi barədə məlumat verib.
Sionist qəzetlərindən biri, şənbə günü Netanyahunun başçılıq etdiyi hakim kabinetə qarşı sionistlərin keçirdikləri yürüşə işarə edərək yazıb: Məhkəmə dəyişikliklərinə qarşı etirazlar elə bir zamanda 20-ci həftəsinə daxil olub ki, müzakirələr bu vəziyyətə son qoymaq üçün dalana dirənib.
Müxaliflərin bəyanatına əsasən, Netanyahu kabinetinə qarşı yürüşlər şənbə günü axşam Tel-Əviv, Aşdud, Qüds, Hayfa və digər 150 yerdə keçirilib.
Müxaliflər sionist rejiminin keçmiş baş naziri Layir Lapid və keçmiş müdafiə naziri Beni Qantsdan hakim kabinetlə müzakirələrdən çıxmalarını istəyiblər. Çünki, Netanyahu vaxt öldürmək üçün danışıqları uzatmaq fikrindədir.
Sionist müxalifəti indi məhkəmə dəyişikliklərinə etirazdan əlavə, büdcə layihəsinə də etiraz edirlər və bu büdcənin radikal ortodoks partiyaları arasında Netanyahunun partiya üzvlərinə kömək olaraq tənzimlənməsinə inanırlar.
