Qəzzə zolağının cənubunda bir evin sionistlər tərəfindən bombalanması nəticəsində Qüds qüvvələrinin komandirlərindən olan Əhməd Əbu Dəqqə şəhadətə çatıb.
İşğalçı İsrail rejimi dünən günorta saatlarından sonra Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisin şərqindəki Bəni Süheyla şəhərciyində bir mənzili bombalayıb.
Bu qəddar hücumda Əhməd Əbu Dəqqə şəhid olub və digər 3 nəfər isə yaralanıb.
