Çərşənbə axşamı günü axşam, sionist rejiminin, Qəzzənin cənubunda yerləşən Xan Yunisin şərqində bir maşına hücumu nəticəsində iki fələstinli şəhid olub.
Bəzi fələstinli mənbələr bildiriblər ki, Qəzzənin cənubunda yerləşən Xan Yunisin şərqindəki Şərqul Qərarə məntəqəsində bir mülki maşının bombalanmasından sonra iki şəhidin cəsədinin kimliyi müəyyələşdirilib.
İsrail mediyalarından bəzisi bildirib ki, Xan Yunisin bombalanması İslami Cihad Hərəkatının Qüds batalyonlarnın raket bölməsinin komandiri Xalid əl-Fərranı hədəfə alıb.