İşğal olunmuş torpaqlarda sionist rejimi kabinetinin mübahisəli məhkəmə islahatları layihəsinə qarşı geniş həcmli nümayişlər ardıcıl olaraq 18-ci həftədə davam edib.
İsrail qəzetlərindən birinin hesabatına görə, bu nümayişlər işğal altındakı torpaqların 150 nöqtəsində minlərlə sionistin iştirakı ilə həyata keçirilib.
Sionist rejiminin polisi bildirib ki, işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində keçirilən nümayişlərlə eyni zamanda küçələrdə hərəkətlərə məhdudiyyətlər qoyulub.
Ötən həftələrdə işğal olunmuş Fələstinin cənubundan şimalına qədər onlarla şəhər, o cümlədən Tel-Əviv, Hayfa, işğal olunmuş Qüds, Birus-səb, Rişon Letsion, Herzliya Netanyahunun ifratçı sağçı kabinetinə və rejimin məhkəmə sistemində islahatlarına qarşı nümayişlər üçün səhnəyə çevrilmişdilər.
Sionist rejiminin müxalifət liderləri Netanyahu kabinetinin Məhkəmə İslahatlarını Məhkəmə sisteminin zəifləməsi, Netanyahunun korrupsiya və rüşvətlə bağlı öz mühakiməsinin qarşısını almaq üçün atılan bir addım olduğunu bildiriblər. Onlar inanırlar ki, Nazirlər kabinetinin bu addımları sionist rejimini qarşıdurmaya, daxili müharibəyə və tədrici süquta aparacaq.