Nablus şəhərinin cənubundakı Həvare kəndində sionist rejimi qüvvələri ilə fələstinlilər arasında baş verən toqquşmalar zamanı 33 nəfər fələstinli, işğalçıların açdığı atəş nəticəsində yaralanıb.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bu xəbəri verib və əlavə olaraq bildirib ki, 14 nəfər fələstinli də göz yaşardıcı qazın buruna getməsi nəticəsində boğulma halı ilə üzləşiblər.
Bu hesabata əsasən, toqquşma məkanına yaxın bir ev, sionist qüvvələrinin geniş şəkildə istifdə etdiyi göz yaşardıcı qazlar səbəbindən boşaldılıb.