Xarici KİV-in verdiyi məlumata görə, cümə axşamı günü sionist rejiminin ordusu bildirib ki, əsgərləri sionistlərə qarşı ölümcül hücumla bağlı təqib altında olan 3 fələstinlini şəhadətə çatdırıblar.
Sionist rejiminin əsgərləri cümə axşamı günü səhər saatlarında, işğal altındakı İordan çayının qərb sahillərindəki Nablus şəhərinin mərkəzinə daxil olublar və ağır qarşıdurmada 3 nəfər fələstinlini öldürüblər.
İsrail bildirib ki, onlardan ikisi Həmas üzvü olub. Bu şəhidlərin Həsən Kətnani, Məaz Misri və İbrahim Hura olduqları bildirilib.
Fələstin Muxtariyyətinin Səhiyyə Nazirliyi də üç nəfərin şəhid olduğunu bildirib, amma fasiləsiz olaraq onların kimliyini açıqlamayıb.
Nablusdakı zorakılıq regiondakı həssas bir zamanda baş verir. Bir neçə gün əvvəl, həbs olunduğuna görə uzun müddətli aclıq aksiyası elan edən tanınmış fələstinli bir məhbus, sionist rejiminin zindanında şəhid olaraq dünyadan köçdü. Onun şəhadəti, müqəvimət qruplarının Qəzzədən sionist rejiminə havadan raket zərbələri ilə yadda qaldı.
Son bir ildə israilli əsgərlərin açdığı atəş nəticəsində təxminən 250 insan şəhid olub. Sionist rejimi onların bir çoxunun müqavimət qruplarının üzvləri olduğunu deyib. Amma şəhid olanlar arasında qarşıdurmalarda iştirak etməyən gənclər, insanlar da görünür.