Tel-Əvivin mərkəzində 180 min və işğal altında olan torpaqlar boyunca minlərlə digər insan məhkəmə islahatlarına etiraz olaraq nümayişlər keçiriblər.
Sionist rejimi mediyaları bildiriblər ki, bu nümayişlər, məhkəmə islahatlarının təsdiq edilib qəbul olunması məqsədi ilə yenidən müzakirə edilməsi üçün Knessetin iclası ərəfəsində keçirilib.
İsrail qəzetlərindən biri, Tel-Əvivdəki nümayişlərdə 180 min insanın iştirak etdiyini bildirib. Bu nümayişlərdə sionist rejiminin polisi ilə toqquşmalar baş verib.
Bu sionist qəzeti vurğulayıb ki, İsrail boyunca on minlərlə insan məhkəmə islahatlarına qarşı nümayişlər keçiriblər.
Bu hesabata görə, bu nümayişlər ötən həftənin cümə axşamı günü Netanyahunun və məhkəmə islahatlarının dəstəklənməsi məqsədi ilə radikal sağçıların keçirdikləri nümayişə cavab olaraq keçirilib. Kəfər Saba şəhərində keçirilən və 20 minə yaxın insanın iştirak etdiyi nümayişlərdə İsrail müxalifətinin lideri Yair Lapid də iştirak edib.