Sionist hərbiçiləri İordan çayının qərb sahillərində fələstinlilərlə toqquşmada bir gənci öldürüb və digər üç nəfəri yaralayıblar.
Xarici KİV-in verdiyi məlumata görə, işğal olunmuş Fələstində Yeriho və Əl-İğvarın icra başçısı “Cihad Əbul Əsəl” bildirib ki, “Əqəbəye Cəbr” düşərgəsində sionist hərbiçiləri ilə fələstinli gənclər arasındakı dünənki toqquşmada fələstinli bir gənc şəhid olub və üç nəfər yaralanıb.
O, deyib ki, “Əqəbəye Cəbr” düşərgəsindən olan “Süleyman Ayiş”, sionist hərbiçiləri ilə toqquşmada aldığı yaralardan şəhid olub və sionist rejimi ordusu onun cənazəsini girov olaraq götürüb.
Yeriho Dövlət Xəstəxanasının direktoru “Nasir Ənani” də bildirib ki, dünənki toqquşmada digər üç nəfər də yaralanıb və onlardan biri həbs olunub.
Həmçinin, verilən məlumata əsasən, sionist rejimi qüvvələri hərbi maşınla Yeriho şəhər sakini “Süleyman Xələf Əvacənə” adlı şəxsi maşnla əzərək onu yaralayıblar.
Fələstin Əsirlər Mərkəzinin direktoru “Eyd Bərahəmə” deyib ki, sionist hərbiçiləri fələstinli veteran “İbrahim Əli Osman Həbş”-i, “Həssam və Hüseyn İmən Hüseyn Fərəh” adlı iki qardaşı həbs ediblər.