Sionist rejiminin hərbiçilərinin və sionist köçkünlərinin İordan çayının qərb sahillərində Fələstin vətəndaşlarına, onların mülklərinə qarşı cinayətləri hələ də davam edir.
Sionist köçkünləri işğalçı rejimin ordusunun himayəsi altında, Fitr bayramı günü İordan çayının qərb sahillərinin bəzi bölgələrinə hücum ediblər.
Yerli mənbələr vurğulayıblar ki, Sionist hərbiçilərinin dəstəyilə onlarla israilli köçkün Ramullahın şimal-şərqindəki Əl-Muğir kəndinə hücum ediblər və bu məntəqənin şərq girişini bağlayıblar.
Mənbələrin bildirdiyinə görə, israilli hərbiçilər qaz bombaları atıblar və sionist hərbiçiləri ilə vətəndaşlar arasında toqquşma baş verib.
Bundan əvvəl sionist köçkenləri Cenin şəhərinin cənubundakı Əl-Hufeyrə məntəqəsinə yürüş edərək işğalçı ordunun himayəsi altında Talmud ayinini yerinə yetiriblər.