Fələstinli mənbələr bildiriblər ki, dünən səhər Qüds şəhərinin Şəfat düşərgəsində işğalçı ordunun qüvvələri ilə gənclər arasında toqquşmalar baş verib.
Xarici KİV-in verdiyi məlumata görə, Qüdsdəki yerli mənbələr, bu toqquşmada israilli qüvvələrin fələstinlilərə tərəfə atəş açdıqlarını bildiriblər.
Əl-Əsbat qapısı yaxınlığında israilli qüvvələr bir sıra fələstinli gənci Məscidul-Əqsadan çıxan zaman həbs və məscidin qapılarından biri olan Əl-Hədid qapısının girişində namazdan sonra namaz qılanlara hücum ediblər.
Qüdsün şərqində də sionist rejimi qüvvələri 19 yaşlı fələstinli bir gənci həbs ediblər.
Qüds şəhəri və onun məhəllələri hər gün fələstinlilərlə işğalçı qüvvələr arasında bir sıra fələstinlinin yaralanması ya da həbs olunması ilə müşayiət olunan toqquşmalara şahiddir.