Sionist rejiminin işğalçı qüvvələri cümə günü səhər saatlarında Muğarəbə qapısı tərəfdən Məscidul-Əqsaya hücum ediblər. Hücumların ardınca namaz qılanlar və etikaf saxlayanlar (dini ayin) arasında toqquşma baş verib.
İşğalçı qüvvələrin hücumunu əks etdirən video, işğalçı qüvvələrin işğal olunmuş Qüdsün köhnə bölgəsindən olan gənclərə vəhşicəsinə hücum edərək onları şiddətli şəkildə döymələrini göstərir.
İşğalçı sionist qüvvələri cümə günü işğal olunmuş Qüdsün köhnə bölgəsindəki Hittə qapısı yaxınlığında namaz qılanlara hücum ediblər.
Məscidul-Əqsa Ramazan ayının əvvəlindən işğalçı qüvvələrin şiddətli hücumlarına şahid olub. Bu qüvvələr Məscidul-Əqsada dini ayinlə məşğul olan yüzlərlə insanı əzmək üçün plastik güllələrdən, qaz və səs bombalarından istifadə ediblər və 440 nəfərdən çox insanı isə həbs ediblər. Bu hücumlar iki gündən sonra bir neçə dəfə təkrarlanıb.