Radikal köçkünlər və “Tədfinus-səmən” (İntiqam) adlı terror qruplaşmasının üzvləri cümə günü səhər saatlarında “Kəfər Qasim” şəhərində fələstinlilərə məxsus bir neçə maşını yandırıblar və ərəblərə qarşı irqçi şüarlar səsləndiriblər.
Kəfər Qasimdəki şahidlər bildiriblər ki, terrorçulardan ibarət bir qrup ötən gecə Fələstin vətəndaşlarının maşınlarına hücum edərək onları yandırıblar. Onlar həmçinin, ərəblərə qarşı irqçi şüarlar yazıblar və camaata çoxlu maddi ziyan yetiriblər.
Xatırlatmaq lazımdır ki, bu terror qruplaşması bundan əvvəl də 2022-ci ilin Fevral ayında və 2021-ci ilin Mart ayında buna oxşar irqçi hərəkətlər həyata keçiriblər. Xarici KİV-in verdiyi məlumata görə, bu terror qruplaşmasının radikal yəhudiləri dükanların, evlərin divarlarının üzərinə ərəblərə qarşı irqçi, düşənçilik və təhqiramiz ifadələr yazıb, şəhərdəki onlarla şəxsi maşının təkərlərini yandırıblar. Onlar hələ də Fələstinin bir çox şəhərlərində irqçi hücumları ilə müqəddəs məkanlara, məscidlərə, kilsələrə, müsəlman və xristian qəbirsanlıqlarına hörmətsizlik edirlər.




