İordan çayının qərb sahillərində yerləşən Əl-Xəlilin “Beyti Əmr” şəhərciyində sionist işğalçı qüvvələrin fələstinlilərlə bugünkü (cümə günü) toqquşmalarında 2 fələstinli gənc yaralanıb və digər bir qrup isə həbs olunub.
Şahidlərin sözlərinə görə, işğalçı ordunun hərbiçiləri “Beyti Əmr” şəhərciyində fələstinlilərin evlərinə hücum etməklə onları yoxlayıblar, yenicə azadlığa şıxmış “Əllam Yusif Zəqaiq” və”Fəras İbrahim Əbu Mariya”-nı yenidən həbs ediblər. İşğalçılar ailələrinin gözləri önündə bu fələstinlilərə vəhşicəsinə hücum ediblər.
İşğalçı sionist rejiminin hərbiçiləri fələstinli gənclərlə ağır toqquşmalarda həqiqi güllələrdən və göz yaşardıcı qazlardan istifadə ediblər. Yaralanmış bu iki fələstinlidən birinin vəziyyətinin ağır olduğu bildirilib.
İşğalçı hərbiçilər həmçinin, Əl-Xəlilin cənubundakı “Beyti Əmr” və “Yəta” şəhərciklərindən olan digər iki Fələstin vətəndaşını həbs ediblər.