Sionist hərbiçiləri, işğalçılar tərəfindən hücuma məruz qalan bir qadını qorumağa çalışan fələstinli bir gəncə atəş açaraq onu şəhid ediblər.
Sionist rejimi mediyaları şənbə günü səhər saatlarında Məscidul-Əqsanın girişindəki “Silsilə qapısı” qapısında atışma olması barədə xəbər veriblər.
Yerli mənbələrin bildirdiyinə görə, işğalçı hərbiçilər Məscidul-Əqsanı mühasirə edib və işğal olunmuş Qüdsdə yerləşən “Sahirə qapısı” bölgəsini bağlayıblar.
Bir müddər sonra qəzetlərdən biri, terrorçu İsrail hərbiçilərinin açdığı atəş nəticəsində fələstinli bir gəncin şəhid olması xəbərini verib.
Xəbər agentliklərindən biri, “Silsilə qapısı” bölgəsindəki şahidlərin sözlərinə istinadən yazıb ki, fələstinli bir gənc, terrorçu sionist hərbiçiləri tərəfindən hücuma məruz qalan bir qadını qorumaq üçün müdaxilə edib və ona atəş açılıb.
Bundan 6 gün əvvəl də işğalçı hərbiçilər vətəndaş itaətsizliyinin baş vermə ehtimalını bəhanə edərək, Məscidul-Əqsaya hücum ediblər. Ramazan ayında bu müqəddəs məkanda etikaf və münacatla məşğul olan fələstinliləri həbs ediblər.