Sionist hərbiçilərinin həftənin birinci günü Yerihoda yerləşən “Əqəbeye Cəbr” düşərgəsinə hücumları zamanı açdıqları atəşlər nəticəsində 4 Fələstin vətəndaşı yaralanıb.
Həftənin birinci günü sionist rejiminin xüsusi təyinatlıları İordan çayının qərb sahillərində yerləşən Yerihodakı “Əqəbeye Cəbr” düşərgəsinə hücum ediblər və fələstinlilərdən birinin evini, axtarışda olanlardan birinin orada olması bəhanəsi ilə mühasirə ediblər.
Fələstinli mənbələr 4 nəfərin, o cümlədən bir gəncin sionist işğalçılarının hücumu zamanı açdıqları atəş nəticəsində yaralandığını bildiriblər.
Həmçinin, sionist hərbiçilərinin bu düşərgəyə hücumları zamanı evi mühasirə olunduqdan sonra iki şəhid atası həbs edilib.
Fələstinli mənbələr həmçinin, işğalçı rejimə bağlı dronun Əqəbeye Cəbr düşərgəsində mühasirə olunmuş evin ətrafında uçduğu xəbərini veriblər.