“Umeyr Muhəmməd Lovləh” adlı 23 yaşlı fələstinli gənc, Nablusda işğalçı sionist qüvvələri tərəfindən aldığı güllənin ağır yaraları nəticəsində bir aydan sonra şəhadətə çatıb.
Fevral ayında sionist hərbiçiləri tərəfindən güllə yarası alan Umeyr Muhəmməd Lovləhin ailəsi, onun şəhid olduğunu bildiriblər.
Yerli mənbələrin sözlərinə görə, Zəvata şəhərciyindən olan Umeyr, işğalçı sionist hərbiçilərinin hücumu zamanı 22 Fevral tarixindən yaralanıb və Ən-Nəcah xəstəxanasında müalicə olunub.
Sionistlərin vəhşi hərəkətləri zamanı “Həssam Əslim” və “Muhəmməd Əl-Cuneyd” adlı iki fələstinli, evləri mühasirə olunduqdan sonra şəhadətə çatdılar və o vaxt şəhid olanların sayının 10 nəfər olduğu bildirildi. Hal-hazırda Umeyrin şəhidlərə qoşulmasıyla onların sayı 11-ə çatdı