İşğalçı rejim hərbiçiləri şənbə günü axşam Məscidul-Əqsada etikaf saxlayanlara hücum edərək onlara tərəf göz yaşardıcı qazlar atıblar.
İbri mənbələr bildiriblər ki, sionist rejiminin radikal Daxili İşlər naziri İtemar bin Gvir, Məscidul-Əqsada etikaf saxlayanları zor və zorakılıqla çıxarmaqları üçün polisə göstəriş verib.
Həmas hərəkatının sözçüsü “Əbdül-Lətif Əl-Qanu”, işğalçıların Məscidul-Əqsaya hücumunun və namaz qılanları bu müqəddəs məkandan çıxarmağa cəhdlərinin təhlükəli addım olduğunu deyərək bildirib ki, sionist rejimi onun nəticələrini izləyəcək.
Dünən gecə həmçinin, Nablus şəhərində fələstinlilərlə israilli hərbiçilər arasında toqquşma baş verib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, dünən gecə Nablus şəhərində fələstinlilərlə israilli hərbiçilər arasındakı toqquşmalarda 7 nəfər fələstinli yaralanıb.