İşğalçı sionist rejimi qüvvələri həftənin bazar günü İordan çayının qərb sahillərinin bir çox bölgələrində bir sıra fələstinlilərin həbsinə başlayıblar.
İşğalçı sionist rejimi hərbiçiləri “Dir Samit” şəhərciyindən olan Bərra Muhəmməd Əl-Hərub, İz Yusif Əl-Hərub və Əyad Fərid Əvavədəh adlı 3 fələstinlini Əl-Xəlilin qərbində həbs ediblər.
Eyni zamanda Beyt Ləhmdəki Əd-Duhə məntəqəsində “Əli Kətani” və onun atası işğalçılar tərəfindən evlərinə hücum olunduqdan sonra həbs olunublar.
İşğalçılar həmçinin, Tülkərəmin şimalındakı Zita şəhərciyindən olan Əbdül-Basit və Muhəmməd İbrahim Əbul-İz adlı iki qardaşı həbs ediblər.
Bundan əlavə onlar ayrı-ayrı bölgələrdə, xüxsusilə də Nablusun cənubundakı Həvare şəhərciyində yerləşiblər. Həvare bələdiyyəsi şəhərciyin əsas küçələrində mağazaların işləmədiyini bildirib.
Nablusda Təhsil şöbəsi, bazar günü şəhərcikdə baş verən hadisələrdən sonra Həvare və Madma şəhərlərindəki məktəblərin fəaliyyətinin dayandırılması və dərslərin online keçirilməsi qərarına gəlib.