Bazar günü axşam Yerihonun qərbində sionist köçkünlərinin hücumu zamanı 63 yaşlı Fələstin vətəndaşı yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, bir neçə üzü örtülü sionist köçkün Əl-Meracat şossesində Fələstin vətəndaşlarının maşınlarına hücum ediblər. Nəticədə, bir vətəndaş yaralanıb və həyat yoldaşı huşunu itirmiş halda Ramullahdakı Fələstin Tibb Kompleksinə çatdırılıb.
Köçkünlər həmin məntəqədə vətəndaşların maşınlarından bir neçəsinə daş atmaqla onlara ziyan vurublar.
Bununla əlaqədar köçkünlərin Ramullahın qərbindəki Nəleyn şəhəri yaxınlığında bir maşına hücum etmələri nəticəsində iki fələstinli yaralanıb.
Təhlükəsizlik mənbələrinin sözlərinə görə, bir neçə sionist köçkün Beyt Ləhmin qərbindəki Əl-Xızr şəhərciyindən olan 5 fələstinlinin içində olduğu maşına Nəleyn yaxınlığnda hücum ediblər. Nəticədə, ağır yaralandığına görə iki nəfər fələstinli Ramullahdakı Fələstin Tibb Kompleksinə çatdırılıblar.
Ekstremist köçkünlərin bu qəddar hücumları işğalçı sionist rejiminin Fələstin xalqına qarşı törətdikləri cinayətlər siyahısına alavə edilib. Bu hücumlar beynəlxalq qanunlara tamamilə zidd olan cinayətkar addımlar yönündədir və müharibə cinayətləri sırasındadır. Evlərin dağıdılması, məcburi köçmə, əsirlərin əzilməsi, fələstinlilərin şəxsi ərazi və mallarının zəbt edilməsi və müqəddəs məkanlara qarşı hörmətsizlik, bu cinayətlərdəndir.