Xəbər portalları şənbə günü axşam bildiriblər ki, işğal altında olan Fələstinin müxtəlif şəhərlərində on minlərlə insan sionist rejiminin baş naziri Benyamin Netanyahu və onun kabinetinin siyasətləri əleyhinə nümayişlər keçiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, işğal olunmuş Fələstinin müxtəlif şəhərləri, ardıcıl olaraq 11-ci həftədə Netanyahu və xüsusən də sionist rejiminin Parlamentində qəbul edilməsi planlaşdırılan Məhkəmə İslahatları siyasətinə qarşı nümayişlərə şahid olub.
Bu məlumata əsasən, on minlərlə insan Tel-Əvivin Kabalan prospektində etirazçıların bu rejimin məhkəmə sistemini zəiflətmə adlandırdıqlarına etiraz olaraq nümayiş keçiriblər.
Əyalun prospekti və “Hurif” dörd yol ayrıcı da minlərlə etirazçıya şahidlik edib.
Tel-Əvivin “65” prospektində minlərlə etirazçı olub. Kərkur dörd yol ayrıcındakı bu prospekt polis qüvvələri tərəfindən bağlanılıb və polis, etirazçıları dağıtmağa çalışıb. Polis qüvvələrinin hücumu zamanı bir neçə insan həbs olunub.
Sionsit rejimi polisi Netanyahunun siyasətlərinə qarşı etirazçıları dağıtmaq üçün su şırnağı maşınlarından istifadə edib.
İşğal olunmuş Qüdsdə, Birus-Səbdə, İşdudda, Netaniyada, Hertizliyada, Rənanada, Kuffar Sabada və Hud Həşarunda da oxşar nümayişlər keçirilib. Bu nümayişlərdə də minlərlə insan iştirak edib.
Xəbər mənbələri əlavə olaraq bildiriblər ki, Netanyahu və onun kabinetinə qarşı nümayişlər, 11 həftə keçdikdən sonra işğal olunmuş Fələstin küçələrində 120 nöqtəyə çatıb.
Ötən həftələrdə işğal altında olan Fələstinin şimalından cənubuna qədər onlarla şəhər, o cümlədən Tel-Əviv, Hayfa, işğal olunmuş Qüds, Birus-Səb, Rişon Letsion və Hertzeliya Netanyahunun radikal sağçı kabineti əleyhinə nümayiş səhnələrinə çevrilmişdi.
Bu nümayiş, Netanyahunun başçılıq etdiyi ifratçı sağçı kabinetlə sionist rejiminin keçmiş baş naziri “Yair Lapid”-in rəhbərlik etdiyi Müxalifət Partiyası arasında şiddətli mübahisə sayəsində keçirilib.
Sionist rejiminin müxalifət liderləri Netanyahu kabinetinin Məhkəmə İslahatlarını Məhkəmə sisteminin zəifləməsi, Netanyahunun korrupsiya və rüşvətlə bağlı öz mühakiməsinin qarşısını almaq üçün atılan bir addım olduğunu bildiriblər. Onlar inanırlar ki, Nazirlər kabinetinin bu addımları sionist rejimini qarşıdurmaya, daxili müharibəyə və tədrici süquta aparacaq.