Sionist hərbiçiləri bazar ertəsi günü səhər saatlarından İordan çayının qərb sahillərinin müxtəlif bölgələrində hücum, yoxlanış və həbs əməliyyatlarına başlayıblar.
İşğalçı sionist hərbiçiləri Tülkərmin şərqindəki “Nuru Şəms” düşərgəsindən Muhəmməd, Bərra, Əbdur-Rəhman və Mömin Qəravi adlı dörd qardaşı həbs ediblər. Bu dörd nəfər “Həmas”-ın Qanunvericilik Şurasının müavini Fəthi Qəravinin övladlarıdır.
İşğalçı qüvvələr Beyt Ləhmin şimalındakı “Ayidə” düşərgəsindən 16 yaşlı Abbas Zahir Səduqu, Beyt Ləhmin qərbindəki Nəhalin şəhərciyindən yenicə azadlığq çıxmış 23 yaşlı Muhəmməd Mahmud Səkranəni qohumlarının evlərinə hücum etdikdən və axtarış apardıqdan sonra həbs ediblər.
NAblusda işğalçı hərbiçilər zirehli maşılarla “Əl-Məxfiyyə” məhəlləsinə hücum edib və yenicə azadlığa çıxmış Səid Əş-Şəridəni yenidən həbs ediblər.
Əl-Xəlildə işğalçılar yenicə azadlığa buraxılmış Muin Əz-Zəhuru və Muhəmməd, Useyd, İmad Əl-Əsafirə, Əhməd Əl-Hərub, Musa Əl-Qəvasimi adlı digər Fələstin vətəndaşlarını həbs ediblər.
İşğalçı sionist qüvvələri Ramullahın qərbində yerləşən Beyt Seyrha şəhərciyindən olan Əbdul Muta Ər-Reymavi və Nəhad Həmdan adlı iki gənci, Əl-Birə şəhərciyindən olan Muhəmməd Əbu İvad adlı gənci həbs ediblər.
İşğalçı sionist qüvvələri ötən Noyabr ayında İordan çayının qərb sahillərində, Beytul Müqəddəsdə və Qəzza zolağında 480 fələstinlini, o cümlədən 62 uşaq və 10 qadını həbs ediblər.