İşğalçı sionist rejimi qüvvələri hələ də Nablus yaxınlığında bazar günü atəş nəticəsində şəhadətə yetirdikləri 3 nəfər fələstinlinin cənazəsini verməkdən imtina edirlər.
Müxtəlif partiyalar çalışırlar ki, bu üç şəhidin cənazəsini təhvil vermək üçün sionist işğalçılarına təzyiq göstərsinlər.
Bazar ertəsi iki övladını itirən Əş-Şami ailəsi, bilidirb ki, şəhidlərinin cənazələrini almayınca əza məclisi qurmayacaq.
İşğalçı rejimin hərbiçiləri bazar günü səhər, Nablusun cənub-qərbindəki Səre yoxlanış məntəqəsi yaxınlığında üç fələstinli gəncə tərəf atəş açaraq onları şəhadətə yetiriblər.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, şəhid olan gənclər bunlardır: 24 yaşlı Cihad Muhəmməd Vəsfi Şami, 22 yaşlı Ədy Osman Rəfiq Şami və 18 yaşlı Muhəmməd Raid Raci Dəbik.