Fələstinlilərin İordan çayının qərb sahillərində yerləşən Nablusun şərqindəki “Beyti Dəcn”-də həftəlik yürüşlərinin qarşısının alınması zamanı Fələstin vətəndaşlarından bəziləri təlim güllələri atılması nəticəsində yaralanıb və onlarla insan göz yaşardıcı qazın buruna getməsi səbəbiylə boğulma təhlükəsi ilə üzləşiblər.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı sionist rejimi qüvvələri cümə günü fələstinlilərin Nablusun şərqindəki “Beyti Dəcn”-də sionist rejiminin şəhərsalma siyasətinə qarşı hər həftə keçirdikləri yürüşləri yatırdıblar.
Fələstinli yerli mənbələrin sözlərinə görə, sionist hərbiçiləri fələstinlilərə tərəf güllə və göz yaşardıcı qaz atıblar. Nəticədə, bəziləri yaralanıb və bəziləri boğulma halı ilə üzləşiblər.
Nablusdakı Qırmızı Aypara Cəmiyyəti bildirib ki, bu yürüşün yatırılması zamanı 12 nəfər Fələstin vətəndaşı boğulub.
Bir tərəfdən sionist hərbiçiləri dünən günorta vaxtı Məscidul-Əqsanın cənubundakı “Səlvan” şəhərciyində oturaq çadırı ətrafına hücum ediblər. Yerli mənbələrin sözlərinə görə, onlarla vətəndaş bu çadırda cümə namazı qılırdılar və sionistlər tərəfindən evləri sökülmə təhlükəsi ilə üzbəüz olan “Əl-Bəstan” və “Vadi Qədum” sakinlərini himayə etdiklərini bildirirdilər.
Digər tərəfdən də işğalçı qüvvələr dünən Əl-Xəlilin mərkəzindəki “Əş-Şəlalə” prostektinin girişində hərbi yoxlanış-keçid məntəqəsi yaratmaqla vətəndaşların vəsiqlərini və onların maşınlarını yoxlayıblar.
Verilən hesabata əsasən, işğalçı qüvvələr bu şəhərin qədimi şəhərciyində və İbrahimi məscidi ətrafında hərbi tədbirləri gücləndiriblər.