İşğalçı sionist rejimi ordusunun xüsusi bölməsi ağır silahlar, hərbi və zirehli maşınlarla işğal altındakı İordan çayının qərb sahillərinin şimalında yerləşən Ceninin cənubundakı “Cəbə” şəhərciyinə hücum edib.
Xarici KİV-in verdiyi məlumata görə, İşğalçı sionist rejimi ordusunun xüsusi bölməsi dünən səhər (cümə axşamı günü) “Cəbə” şəhərciyinə hücum zamanı Fələstin vətəndaşlarından birinin maşınına tərəf atəş açıb. Nəticədə, Fələstin Müqavimət qüvvələri ilə onlar arasında gərginlik və silahlı toqquşma baş verib.
Şahidlərin sözlərinə görə, işğalçı sionist rejimi ordusunun xüsusi bölməsinin köməkçi qüvvələrinin daxil olması ilə eyni vaxtda, rejimin snayperçiləri “Cəbə” şəhərciyindəki bir evin damından yuxarı qalxıblar.
Yerli mənbələr bu hadisədə öz maşınlarında işğalçı hərbiçilərin hədəfinə çevrilən Fələstin vətəndaşlarından 3 nəfərin şəhid olmasını xəbər veriblər.
