Sionist rejiminin hərbiçiləri dünən gecə və bugün səhər İordan çayının qərb sahillərinə və işğal olunmuş Qüdsə hücum ediblər, mənzillərdə axtarış aparıblar. Bəzi bölgələrdə əhali ilə qarşıdurmadan sonra bəzi gəncləri həbs ediblər.
Fələstin Əsirlər Cəmiyyəti bildirib ki, sionist rejimi hərbiçiləri İordan çayının qərb sahillərində bəzi fələstinliləri saxlayıblar və onları xalq müqaviməti cərəyanalarında iştirak etmə bəhanəsi ilə dindirilmə üçün rejimin təhlükəsizlik qrumlarına təhvil veriblər.
Sionist rejimi hərbiçiləri Beyt Ləhmin cənub-şərqindəki Təqəvvu şəhərciyinə, Nablusun cənubundakı Səlvan və Qəlqiliyyə bölgələrinə hücum etməklə bir neçə vətəndaşı həbs ediblər və bir sıra mənzillərə həmlə edərək ev sahiblərini sorğu-suala tutblar.