Avropa İttifaqının Fələstindəki nümayəndəsi “Sun Kun Fun Burqdorf”-un rəhbərliyi altında Avropa nümayəndə heyəti, ötən həftənin bazar günü sionistlərin hücumuna məruz qalmış Fələstin şəhərciklərinə baxış keçirmək üçün İordan çayının qərb sahillərinə daxil olub.
Fələstinli mənbələr vurğulayıblar ki, bir köçkün, Nablusun cənubundakı Həvare şəhərciyində Avropa nümayəndə heyətinin mətbuat konfransına və orada iştirak edənlərə hücum edib. Bu hücumun ardınca Avropa nümayəndə heyəti, öz konfransını yarımçıq qoyaraq Həvaredən çıxıb.
Fələstinli mənbələr həmçinin, sionist rejimi hərbiçilərinin və köçkünlərin Nablusun cənubundakı Həvare şəhərciyində Avropa nümayəndə heyətinə və vətəndaşlara hücumu barədə xəbər veriblər.