Yüzlərlə işğalçı sionist köçkün dünən Nablusun cənubundakı Həvare qəsəbəsinə hücum ediblər. İşğalçı köçkünlər fələstinlilərin evlərinə və maşınlarına böyük ziyan vurublar. Sionist köçkünlərinin Həvareyə olan hücumda sayları yüzlərlə olub və bunun, misli görünməmiş olduğu bildirilib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, sionistlərin Həvareyə hücumu zamanı indiyə kimi 100 fələstinli yaralanıb.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, “Samih Həmdullah Mahmud Əqtəş” adlı 37 yaşlı gənc, işğalçıların hərbi qüvvələrinin və köçkünlərin Nablusun Zətəre qəsəbəsinə hücumunu zamanı aldığı güllə zərbəsindən əmələ gələn ağır yaralar nəticəsində şəhadətə çatıb.

Yerli mənbələr bildiriblər ki, işğalçı İsrail köçkünləri dünən gecə Nablusun cənubundakı Həvare qəsəbəsinə hücumda 30 evi və 25 maşını yandırıblar.