Bu gün səhər saatlarında Qəzzənin şimalının bombalanması zamanı bir neçə güclü partlayış səsi eşidilib və sionist rejimin vertolyot və qırıcıları Qəzzə zolağına hücum ediblər.
Əl-Məyadin kanalı xəbər verib ki, işğalçı rejimin artilleriyası Qəzzə zolağının şimalındakı rayonlara atəş açmaqdadır və Beyt-Lahiyanın şimalında yerləşən «Əlqul» rayonu hücum hədəfinə çevrilib.
Sionist rejimin hava hücumlarının davam etdiyini bildirən Əl-Məyadin bu hücumların şiddətli olduğunu qeyd edib.
İnformasiya kanalının məlumatına görə, sionist rejim qırıcıları beş növbədə Xan-Yunusun qərbində yerləşən Əlqadisiyyə kazarmasını hədəfə alıblar.
Sionist rejimin “müdafiə” nazirliyi bundan öncə iddia etmişdi ki, bu rejim Qəzzədən Tel-Əviv sahillərinin yaxınlığına iki raketin atılmasına cavab verəcək.
Sionist rejim 2017-ci ilin dekabrından Qəzzə zolağına qarşı yeni hava hücumlarını öz gündəminə daxil edib.
Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıb.
2006-cı ildən sionist rejim tərəfindən daha şiddətli şəkildə quru, hava və dənizdən mühasirəyə alınan Qəzzə zolağının sakinləri çox sayda problemlə üzləşirlər.