Sionist rejimi hərbiçilərinin Qəzzədə “Cəbaliya”-ya hücumu zamanı yaralanmış Muhəmməd Sami Əbul Əmreyn adlı fələstinli bir uşaq, aldığı yaraların şiddətindən şəhadətə çatıb.
Yerli mənbələr bildiriblər ki, bu uşaq, iki il əvvəl sionist hərbiçilərinin Cəbaliyanın şərqindəki irqçilik divarı yaxınlığında bir qrup vətəndaşın dinc nümayişlərinə hücumu zamanı yaralanmışdır.
İordan çayının qərb sahillərində də bir fələstinli gənc, sionist hərbiçilərinin atdığı güllə ilə şəhadətə çatıb.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, Muhəmməd Nəbil Fovzi adlı bu gənc, iki həftə əvvəl sionist hərbiçilərinin Cenində açdıqları atəşdə yaralanmışdır.