Sionist rejiminin hərbiçiləri Nablusa hücum etməklə və fələstinlilərlə qarşıdurma yaratmaqla bir vətəndaşa baş nahiyəsindən atəş açıblar.
Fələstin Səhiyyə Nazirliyi 10 nəfərin şəhid olması, yaralıların sayının 102-yə çatdığı və yaralıların bəzilərinin halının ağır olduğu barədə xəbər verib.
14 yaşlı bir yeniyetmə, 25 yaşlı vətəndaş və 72 yaşlı bir şəxs İsrail hərbiçilərinin dünən Nablusa etdikləri hücumda şəhid olanlardandır.
Həmçinin, israilli hərbiçilərin dünən səhər Nablus şəhərinə hücumunu işıqlandıran 3 müxbir, sionistlərin açdığı atəş nəticəsində yaralanıb.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, bəziləri döyüş gülləsi ilə yaralanıb və xəstəxanaya köçürülüblər. Həmçinin, onlarla insan göz yaşardıcı qazın buruna getməsi nəticəsində zərər görərək boğulma ilə üzləşiblər. Sionist rejimi hərbiçiləri yardım dəstələrinin hadisə yerinə gəlməsinin qarşısını alıblar.

Verilən hesabata əsasən, israilli hərbiçilər Nablusdakı qarşıdurmanı işıqlandıran müxbirə tərəf atəş açıblar.
Bu hücumda sionistlər iki fələstinli döyüşçünün evini tank əleyhinə raketlə hədəfə alıblar.
Nablusda və qədim şəhərdəki Fələstin Müqavimət qüvvələri işğalçılara tərəf atəş açaraq hücumu dəf ediblər.
Fələstin Səhiyyə Nazirliyi, bundan əvvəl 20 fələstinlinin sionsitlərin açdığı atəş nəticəsində yaralanaraq Nablusdakı Rafidia Dövlət Xəstəxanasına köçürülmələri və yaralılardan 4-nün vəziyyətinin ağır olmasını bildirmişdir.