Sionist rejimi qüvvələri İordan çayının qərb sahillərindəki Əl-Xəlilə, Nablusa, Ceninə, Beyt ləhmə hücum edərək 22 nəfəri həbs ediblər.
Sionist rejiminin ordusunun əsgərləri İordan çayının qərb sahillərində müxtəlif məntəqələrə hücum edərək 22 nəfər Fələstin vətəndaşını saxlayıblar.
İşğalçı rejim qüvvələri yeni azadlığa çıxmış “Ömər əl-Bəyan”-ı Ceninə hücum zamanı həbs ediblər.
Həmçinin, işğalçı əsgərlər Cenin şəhərinə olan bu hücumda fələstinli gənc “Bəşşar Qəsrəvi”-ni həbs edib və onun maşınını saxlayıblar.