Sionist əsgərləri şərqi Qüdsdə Babul-Amud məntəqəsində 7 fələstinlini, o cümlədən 5 uşağı həbs ediblər.
Şahidlərin bildirdiyinə görə, şənbə günü sionist rejimi əsgərləri 7 fələstinlini, o cümlədən 13-dən çox yaşı olmayan bir uşaq da daxil olmaqla 5 uşağı həbs ediblər.
Onların sözlərinə görə, işğalçı rejimin əsgərləri “İsra gecəsi və Peyğəmbərin (s) meracı” mərasimi üçün Məscidul-Əqsaya gedən həbs olunan və digər fələstinlilərə hücum ediblər.
İşğalçı rejimin polisi Babul-Amud məntəqəsində fələstinlilərin hər növ toplanmasını heç bir izah verilmədən şənbə günü səhər saatlarından etibarən qadağan ediblər.
Fələstinlilər hər il “İsra gecəsi və Peyğəmbərin (s) meracı”-nın il dönümü münasibəti ilə Məscidul-Əqsa ətrafında mərasimlər keçirirlər. Amma bu mərasimlər Qüdsdə və İordan çayının qərb sahillərindəki təhlükəsizlik vəziyyətinə görə ləğv olunub.
Qüds və ətraf məntəqələr cari ilin əvvəlindən böyük gərginlik və iğtişaşlar mərkəzinə çevrilib. İnsan haqları cəmiyyətlərinin dediyinə görə, Netanyahunun başçılıq etdiyi sionist rejiminin yeni kabineti, fələstinlilərinin bu məntəqədəki hərəkatlarını əzməyi şiddətləndirib.