Fələstin Qırmızı Aypara Cəmiyyəti, həftənin bazar ertəsi günü bildirib ki, sionist əsgərlərinin İordan çayının qərb sahillərində yerləşən Nablus şəhərinə hücumunun ardınca bir fələstinli gənc şəhid olub və digər 5 nəfər isə yaralanıb.
Fələstin Qırmızı Aypara Cəmiyyəti, sionist əsgərlərinin açdığı atəş nəticəsində Nablus şəhər sakini 22 yaşlı “Əmir Bəstami”-nin şəhid olduğunu bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist əsgərləri dünən səhər saatlarında Nablus şəhərinə hücum edərək fələstinli gənclər və Fələstin Müqavimət qüvvələri ilə toqquşublar. Bunun nəticəsində 5 nəfər yaralanıb.
Fələstin Müqavimət qrupu da sionist əsgərlərini hədəf seçiblər.
Verilən məlumata görə, sionist hərbiçiləri Nablusda bir binanı mühasirə ediblər, şəhərdə şiddətli atışma və partlayış səsi eşidilib.